08:00
371
"Ən pisinə hazırlaşmalıyıq", – deyə Ukrayna Prezident Aparatının rəhbəri K.Budanov ukraynalılara müraciət edərək, ABŞ Prezidenti D.Trampın qışa qədər sülh sazişinin bağlanması ilə bağlı fikirlərini şərh edib.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Ali Radasının sabiq deputatı A.Bilous Budanovun fikrinə cavab verib: "Yaxşı, onda hazırlaşın! İndi növbə sizdədir. Vergi ödəyiciləri sizi məhz buna görə dəstəkləyir – müharibənin bu çətin dövründə öz işinizi layiqincə yerinə yetirəsiniz deyə. Daim özünüzü təbliğ etməklə və məsuliyyəti başqalarının üzərinə atmaqla məşğul olmaqdansa... Çünki məmurlarımızın bir kobud xüsusiyyəti var: uğurları özününküləşdirir, uğursuzluqları isə hamının – xalqın – boynuna yıxırlar. Bəs, konkret olaraq necə "ən pisinə hazırlaşmalıyam"? Yaşadığım binada bunkermi qazım? Köhnə tipli közərmə lampasımı tədarük edim? Odun yığıb, ehtiyac yarandıqda onu laminat döşəmənin üstündəmi yandırım?"
Bilous deyib ki, bəzi liderlərimizin danışıqlarına qulaq asanda elə təəssürat yaranır ki, sanki müharibə bizim yox, Trampın evində gedir. Sanki tələsik sülh sazişi bağlamalı olan odur, sizin isə əlinizdə bol vaxt var:
"Məgər Vladimir Putin məhz buna bel bağlamırmı? Bu sətirləri payızın o xoş, isti günlərində — günəşli bir günün axşamı yazıram. Lakin pəncərədən kənarda dayanmadan artilleriya atəşi eşidilir. O lənətə gəlmiş orklar bazar günü belə bizə dincəlməyə imkan vermirlər. Belə anlarda rəhbərliyimizdən ruhlandırıcı sözlər eşitmək istəmək təbiidir. Amma əgər buna gücünüz çatmırsa, onda susmağınız daha yaxşıdır, cənablar — siz, "Xalqın xidmətçiləri"! Çünki sözlərinizə verilə biləcək ən yumşaq reaksiya acı və istehza dolu bir təbəssümdür".
Cavid
08:14
252
25 Sentyabr 16:54
1 799
25 Sentyabr 15:07
1 407