16:48
343
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsiləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə baxışında dövlət ittihamçısı ittiham aktını elan edib.
Prosesin davamında hər üç təqsirləndirilən şəxs ifadə verib.
Şahidlərin dindirilməsi məqsədi ilə növbəti proses oktyabrın 6-na təyin edilib.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə təqsiləndirilən Edik İsrafilov, Amid Məmmədov və Nurlan Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) və 302.1-ci (Qanunsuz əməliyyat-axtarış tədbirləri keçirmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.