

16 Fevral 17:59
16 Fevral 17:20
15 Fevral 22:03
Macarıstan və Polşa sentyabrın 15-dək qüvvədə olan Ukraynadan Aİ ölkələrinə taxıl tədarükünə qoyulan qadağanın uzadılmasının tərəfdarıdır.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad polşalı həmkarı Robert Telus ilə Varşavada danışıqlardan sonra bildirib.
O xatırladıb ki, bundan əvvəl Avropa Komissiyası sentyabrın ortalarına qədər dörd növ Ukrayna taxıl və yağlı bitkilərin idxalına embarqo qoyub. Beş ölkənin - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın birgə fəaliyyəti sayəsində Ukraynadan Aİ-yə buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalı qadağan edilib.
"İndi biz sərhədlərimizi və fermerlərimizi milli deyil, Aİ-nin birgə tədbirləri ilə qoruya bilərik. Lakin bu, sentyabrın 15-dək davam edəcək müvəqqəti vəziyyətdir", - Nağı Kənd Təsərrüfatı Nazirliyinin saytında bildirib.
Macarıstanlı nazirin sözlərinə görə, onlar polşalı həmkarı ilə razılaşıblar ki, “bu müddət çox qısadır, çünki bu vaxt, məsələn, hələ qarğıdalı yığımı olacaq”. “Buna görə də biz 15 sentyabrdan sonra Ukrayna taxılının Aİ ölkələrinə tədarükünə qoyulan qadağanın müddətinin uzadılmasını mütləq görmək istərdik”, - Nad bildirib.
Cavid