David Cameron Liviyaya müdaxiləyə görə təqsirləndirilir Dünya

David Cameron Liviyaya müdaxiləyə görə təqsirləndirilir

Britaniya parlamentinin hesabatında 2011-ci ildə Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş Britaniya və Fransa müdaxiləsi tənqid edilir. Xarici işlər komitəsi həmin vaxt baş nazir olmuş David Cameronu hava əməliyyatlarını həyata keçirmək üçün düzgün planın olmamasında ittiham ediblər. Hesabatda deyilir ki, müdaxilə "düzgün kəşfiyyat məlumatları alınmadan" həyata keçirilib və Şimali Afrikada özünü İslam Dövləti adlandıran qruplaşmanın baş qaldırmasına səbəb olub. Britaniya hökumətinin bildirdiyinə görə, müdaxilə ilə bağlı beynəlxalq qərar olub.
Müdaxilə ilə bağlı Ərəb Liqası çağırış edib və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilib. Britaniya və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2001-ci ilin mart ayında Müəmmar Qəddafiyə qarşı hava və raket atəşi kampaniyasına başlayıb. Lakin Qəddafinin devrilməsindən sonra Liviyada zorakılıq hökm sürüb, bir-birinə müttəfiq olan hökumətlər və özünü İslam Dövləti adlandıran qruplaşma da daxil olmaqla yüzlərlə silahlı qruplaşma formalaşıb. Cənab Cameron müdaxiləni müdafiə edərək bildirib ki, Qəddafi "Benqazi şəhərində insanlara hücum edir və öz xalqını siçan kimi qırmaqda hədələyirdi".
Lakin xarici işlər komitəsi bildirib ki, hökumət "dinc sakinlərə qarşı təhlükənin şişirdilməsini müəyyənləşdirə və eyni zamanda "üsyançıların arasında silahlı islamçı ekstremistləri" aşkar edə bilməyib.