Kreml: Putinin Moskvada səfərdə olan Qaqauziya rəhbəri ilə görüşü planlaşdırılmır Dünya

Kreml: Putinin Moskvada səfərdə olan Qaqauziya rəhbəri ilə görüşü planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Moldova Respublikasının Qaqauziya Muxtar bölgəsinin rəhbəri Yevgeni Qutsulla görüşməyi planlaşdırmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putinin Qaqauziya rəhbəri ilə görüşünün planlaşdırılmadığını söyləyib.

Qeyd edək ki, Qutsul son bir ay içində ikinci dəfə Rusiyaya səfər edib. O, martın əvvəlində Soçiyə səfər edib, həmin səfər zamanı Putinlə görüşüb.