ABŞ Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır - Keçmiş diplomatı Dünya

ABŞ Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır - Keçmiş diplomatı

ABŞ həqiqətən Ermənistan üçün xoşbəxt gələcək təmin etmək istəyirsə, Cənubi Qafqaza müdaxilə etməyə son qoymalıdır.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin ABŞ-Rusiya İkitərəfli Prezident Komissiyasının keçmiş müşaviri Ceyms Karden "The American Conservative" nəşrində yazıb.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaza müdaxiləsindən əl çəkməli və postsovet məkanına artıq yetirdiyi zərəri məhdudlaşdırmalıdır.

Keçmiş diplomat İrəvanın Brüssel və Vaşinqtonla yaxınlaşmasını olduqca təhlükəli hesab edib. Karden Paşinyan hökumətini Qərbin yalan vədlərinə inananların təcrübəsindən nəticə çıxarmağa çağırıb.