“İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir” Dünya

“İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir”

“İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir. Covid-19 pandemiyası məhz çinli işçilər tərəfindən İtaliyada sürətlə yayıldı və minlərlə insanın ölümünə səbəb oldu. Məlum oldu ki, geyim paytaxtı sayılan Milanda tikiş fabriklərində işləyənlərin əksəriyyəti çinlilərdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, həmin fabriklər çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edib: “Həmin çinlilər isə ölkələrindən tətildən qayıdarkən pandemiyanın da yayılmasına səbəb oldular”.