Ukrayna XİN başçısı Rusiyaya hücumlarla bağlı ABŞ-nin tənqidinə cavab verib Dünya

Ukrayna XİN başçısı Rusiyaya hücumlarla bağlı ABŞ-nin tənqidinə cavab verib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyada neft emalı zavodlarına hücumlarla dünyada energetika sahəsindəki vəziyyət arasında səbəb-nəticə əlaqəsi görmədiyini bildirib.

Trend xəbər verir ki, Ukrayna XİN rəhbəri bu barədə milli telemarafonun efirində Pentaqon rəhbəri Lloyd Ostinin açıqlamalarına cavab olaraq deyib.

Kulebanın sözlərinə görə, Rusiyada neft emalı zavodlarında (NEZ) partlayış və yanğınlar dünya enerji bazarına deyil, yalnız Rusiya bazarına təsir göstərə bilər.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına reaksiyasının müsbət olmadığını bildirib.

"Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz", - deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.