Türkiyə elektrikli avtomobillərlə bağlı rekord qırıb Dünya

Türkiyə elektrikli avtomobillərlə bağlı rekord qırıb

Türkiyədə elektriklə işləyən avtomobillərə maraq günü-gündən artsa da, ölkə daxilində elektriklə işləyən avtomobillər üçün enerji infrastrukturu gücləndirilir. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu kontekstdə enerji stansiyalarının sayının yetərli olub-olmadığı sual işarələri olsa da, bayram zamanı ortaya çıxan mənzərə gəlinən məqamı ortaya qoyub. Elektrikli avtomobil istifadəçiləri bayramda enerji problemi yaşamasa da, Türkiyə daxilində eyni vaxtda min elektrikli avtomobilin enerji ilə təmin edilməsi ilə bağlı yeni rekord qırılıb.