Hollandiyada İsrailə qarşı etiraz aksiyaları keçirilib Dünya

Hollandiyada İsrailə qarşı etiraz aksiyaları keçirilib

Hollandiyada İsrailin Qəzzada mülki vətəndaşları hədəf almasına və hücumlarına biganə qalmayan qruplar Burger King filialları qarşısında nümayiş keçirib. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstinə dəstək verən qruplar eyni vaxtda Rotterdam, Eindhoven və Utrext də daxil olmaqla ölkənin müxtəlif şəhərlərində Burger King-in digər filialları qarşısında nümayişlər təşkil edilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 729 fələstinli həlak olub, 76 min 371 nəfər isə yaralanıb.