İranın məqsədi İsrailə xəbərdarlıqdır – Abdullahian Dünya

İranın məqsədi İsrailə xəbərdarlıqdır – Abdullahian

İranın məqsədi qırmızı xətlərdən keçməyin mənfi nəticələrini anlatmaq üçün İsrailə xəbərdarlıqdır.

Trend xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian almaniyalı həmkarı Analena Berbokla telefon söhbətində deyib.

Onun sözlərinə görə, əgər İsrail öz hərəkətlərini davam etdirərsə, qarşılıqlı, dərhal və daha geniş cavab alacaq.

Telefon söhbətində Almaniya xarici işlər naziri Analena Berbok da bu təhlükəli zamanda əlavə dialoqun aparılmasının zəruriliyini qeyd edib:
“Son hadisələr regionda kəskin gərginliyə səbəb olub və gərginlik artmaqdadır. Birgə səylərimiz gərginliyin artmasının qarşısının alınmasına yönəlməlidir”.

Bildirək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib.