ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə edib Dünya

ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə edib

ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konsensus ABŞ prezidenti Co Bayden və Konqres liderləri arasında bazar günü baş tutan telefon danışığında əldə olunub.

Şumer qeyd edib ki, İsrail və Ukraynaya yardım göndərməyin ən yaxşı yolu Nümayəndələr Palatasının Senat tərəfindən təsdiqlənmiş milli təhlükəsizlik haqqında əlavə qanunun qəbul edilməsidir. Sözügedən qanun hər iki ölkəyə yardımı nəzərdə tutur.

"İsrailin raket əleyhinə müdafiə və pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə sistemini bərpa etməsinə yardımın ən yaxşı yolu bu əlavənin dərhal qəbul olunmasıdır", - o deyib.