Böyük Britaniya qanunsuz miqrantları Ermənistana göndərmək niyyətindədir Dünya

Böyük Britaniya qanunsuz miqrantları Ermənistana göndərmək niyyətindədir

Böyük Britaniya ölkəyə gəlmiş qanunsuz miqrantların bir hissəsini Ermənistana göndərməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniya hökuməti qanunsuz miqrantların göndərilməsi ilə bağlı 10-a yaxın ölkəyə, o cümlədən, Paraqvay, Ekvador, Peru, Braziliya və Kolumbiyaya müraciət edib. Lakin sözügedən ölkələr təklifə maraq göstərməyiblər. Namibiya, Mərakeş, Tunis və Qambiya isə ümumiyyətlə müzakirələrdə iştirak etməkdən imtina ediblər.

Böyük Britaniyanın Ermənistan, Fildişi Sahili, Kosta-Rika və Botsvana ilə artıq danışıqlara başladığı qeyd olunub.