Yaponiya "Google"a qarşı antiinhisar iddiası hazırlayır Dünya

Yaponiya "Google"a qarşı antiinhisar iddiası hazırlayır

Yaponiyanın Ədalətli Ticarət Komissiyası tezliklə Amerika texnologiya nəhəngi “Google”a qarşı rəqəmsal reklam biznesinə görə inzibati tədbir görə bilər.

Bu barədə Yaponiya mediasında məlumat verilib.

Mənbələrin bildirdiyinə görə, Ədalətli Ticarət Komissiyası “Google” şirkətini Yaponiyanın antiinhisar qanunvericiliyini pozaraq “Yahoo Japan” internet-portalı və “Line” mesajlaşma proqramının operatorunun sövdələşmələrini ədalətsiz şəkildə məhdudlaşdırmaqda şübhəli bilərək, onunla bağlı araşdırma aparıb.

Ehtimal edilir ki, araşdırmaya cavab olaraq, “Google” qanunla nəzərdə tutulan inzibati tədbirlər prosedurana uyğun, vəziyyətin yaxşılaşdırılması üzrə planı könüllü şəkildə Ədalətli Ticarət Komissiyasına təqdim edib. Bu prosedura görə, təkmilləşdirmə planı səmərəli hesab olunduğu təqdirdə, “Google” cərimələrdən və fəaliyyətinin dayandırılmasına dair əmrdən azad olunacaq.