Avropa İttifaqı rəhbərliyi dəyişməlidir - Macarıstan Baş naziri Dünya

Avropa İttifaqı rəhbərliyi dəyişməlidir - Macarıstan Baş naziri

Avropa İttifaqının hazırkı rəhbərliyi istefa verməlidir.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban mətbuat konfransı zamanı deyib.

""Yaşıl keçid", davamlı inkişaf siyasətləri, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bu layihələrin hamısı uğursuz oldu. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, amma bizə yeni liderlər lazımdır", - deyə o bildirib.

Siyasətçi Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağını deyən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərini xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.