"ABŞ-ın məqsədi fələstinliləri İsrailə tabe olmağa məcbur etməkdir" Dünya

"ABŞ-ın məqsədi fələstinliləri İsrailə tabe olmağa məcbur etməkdir"

ABŞ BMT Təhlükəsizlik Şurasında Fələstinlə bağlı qətnaməni əngəlləməklə fələstinlilərin iradəsini qırmağa və onları İsrailə tabe olmağa məcbur etməyə çalışır.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında deyib.

"Birləşmiş Ştatlar İsrailin Qəzzada dinc sakinlərə qarşı cinayətlərinə göz yummağa və İordan çayının qərb sahilində Qərbi Qüdsün qeyri-qanuni məskunlaşma fəaliyyətini görməməyə hazırdır. Məqsəd fələstinlilərin iradəsini qırmaq, onları işğalçı dövlətə qeyd-şərtsiz tabe olmağa məcbur etmək, onları nökər və ikinci dərəcəli vətəndaşa çevirmək, hətta ola bilsin ki, onları aradan götürüb vətənlərindən qovmaqdır”, - deyə Nebenzya bildirib.

Cavid