Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib Dünya

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici iqtisadi işlər naziri Yun Conqhonun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatına görə, səfərin tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı olduğu bildirilir. Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib.