Rus faşist nəyə görə Türkiyədə aktivləşib? Dünya

Rus faşist nəyə görə Türkiyədə aktivləşib?

"Rusiyanın məqsədi Türkiyəni Qərbdən uzaqlaşdırmaqdır"

Rusiyalı neofaşist Aleksandr Duqinin tez-tez Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının tədbirlərində peyda olması bizə iki ölkənin qəfil yaxınlaşmasının antiamerikanizm ideologiyasına əsaslandığını deməyə ixtiyar verir.
Bu sözlər Ukraynanın Türkiyədəki eks-səfiri Sergey Korsunskinin "Zn.ua" saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, Duqin indiyə qədər Türkiyəyə qarşı 15 iyul çevriliş cəhdindən istifadə edir:
"Duqin sonuncu dəfə Türkiyədə 8 noyabrda olub. Türkiyə hökumət rəhbərinin yanında yer alaraq, Duqin Putinin Türkiyəyə strateji müttəfiqlik təklif etdiyini bildirdi. Ankaranın hökumət dairələrində hələ də Ərdoğanı çevriliş cəhdindən Rusiyanın xəbərdar etməsi fikri öz populyarlığını saxlayır. Belə ki, Duqin çevriliş cəhdi ərəfəsində Su-24 insidentində Amerika və Gülən hərəkatının izləri olduğunu bildirdi, 15 iyuldan sonra isə qiyamın arxasında ABŞ-ın olduğunu söylədi. Bu gün Duqinin antiamerikanist, neoavrasiyaçı ideyaları Türkiyənin bəzi rəsmilərinin bəyanatları ilə oxşarlıq təşkil edir. Üstəlik, qəfil antiqərb ritorikası fonunda Ankara və Moskva münasibətləri yaxşılaşır. Qiyamdan sonra Ərdoğan və Putin 4 dəfə telefonla danışıb, 3 dəfə isə üz-üzə görüşüblər. Türkiyədə Duqinlə ultrasolçu Vətən Partiyasının lideri Doğu Perincəkin şəxsi əlaqələri var. Onun partiyası seçkidə 0,25% səs topladı. Lakin son bir neçə il ərzində Vətən Partiyası hərbçilər və güc strukturları arasında öz təsirini artırdı. Nəticədə "Perincək qrupu" yarandı və onlar hakim partiya ilə siyasi ittifaqa girərək, Gülən tərəfdarlarına qarşı əsas sekulyar güc olaraq istifadə edildilər. Vətən Partiyası artıq uzun illərdir Duqinlə əməkdaşlıq edir. Son üç il ərzində bu partiyanın tərkibində hətta hərbi kəşfiyyatın eks-rəhbəri general İsmayıl Pekin də yer alıb. Hazırkı hakimiyyət ordudan qovulan gülənçi zabitlərin yerini Vətən Partiyasının təsirinin güclü olduğu atatürkçü hərbçilərlə doldurmaq niyyətindədir. Bununla da Duqinlə geniş əlaqələri olan Vətən Partiyası Türkiyədə daha çox təsir sahibi olacaq".
Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə açıqlamasında bildirib ki, Türkiyə-Rusiya getdikcə sıx siyasi əlaqələri inkişaf etdirməkdədir. Hər iki ölkə rəhbərinin Qərbə qarşı duruşu iki dövləti yaxınlaşdırmaqdadır. Hətta Su-24 olayından sonra İstanbula nüvə bombasının atılmasını açıqlayan Jirnoviski, Türkiyəyə səfər edir və Türkiyəni ciddi tərəfdaş kimi adlandırır. İki ölkənin bu qədər yaxınlaşması, regionun problemlərinin birgə həllində çalışmasını diktə edir: "Rusiyanın məqsədi, Türkiyəni Qərbdən uzaqlaşdırmaq, NATO-nun şərq cinahını zəiflətdirməkdir. Dekabrın 1-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. Rusiya XİN rəsmisi M.Zaxarova açıqlamasında Rusiya -Türkiyə arasında aparılan müzakirələr də ,Cənubi Qafqazda ümumi vəziyyətdə müzakirə olunacaq .İki ölkənin yaxınlaşması,Azərbaycanın əsas problemi olan Dağlıq qarabağ münaqişəsinin həllində irəlləyişə necə töhfə verəcəyi növbəti aylarda aydın olacaq.Xarici işlər nazirləri arasında əsas müzakirə olunacaq mövzu təbii ki, Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə Rusiyadan münaqişənin həllində fəallığını artırmasını,regionda hər iki dövləti qane edəcək konkret nəticələr olaraq, Ermənistanın işğalı altında olan iki rayonun boşaldılmasını istəyə bilər".
Politoloq qeyd edib ki, Türkiyə Cənubi Qafqazda,həmçinin Türkiyə üçündə təhlükə olan "İsgəndər-M"raketləri və Ermənistan-Rusiya"birgə qoşunu" ilə bağlı öz narahatlığını bildirməlidir.Sergey Lavrov Türkiyə tərəfi ilə danışıqlarda münaqişə ətrafında öz "konstruktiv"mövqeyini bildirsə də, hazırkı siyasəti, Ermənistanı silahlandırması, birgə qoşun yaratmaqla status-kvonu qorumaqdır: "Hətta Lavrovun səfəri ilə üst-üstə Ermənistanın müdafiə naziri Vigen Sarkisyanda Moskvaya səfər edəcək, Rusiya-Ermənistan "birgə qoşun"növünün yaradılması üzrə müəyyən müqavilələrə qol çəkəcək. Ermənistana yeni silah partiyaların verilməsini müzakrə edəcək.Rusiya Ermənistanı silahlandırsada, Türkiyə ilə müəyyən razılığa gəlib,iki rayon məsələsində konustriktiv mövqe ortaya qoya bilər.Türkiyədən son günlər verilən müəyyən açıqlamalar da göstərir ki, Türkiyə Rusiya ilə Qarabağ problemin həllində yaxınlaşmaq üzrədir.Azərbaycanın iki ölkənin bu qədər yaxınlaşmasından gözləntiləri bu aspektədir. Cəbhədə hazırda nisbi sakitlik buna hesablanıb.Amma,növbəti aylarda mümükün nəticələr gözlənilməsə,müharibə riski qaçılmaz olacaq.Türkiyə öz fəallığını münaqişə ətrafında genişləndirib".