Putin Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad edib Dünya

Putin Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin Mixail Popovu Rusiya Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putinin 31 may tarixli fərmanı ilə Mixail Mixailoviç Popov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Popov 2013-cü ildən Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsini tutub. O, 11 il TŞ katibi Nikolay Patruşevin müavini olub.

Xatırladaq ki, Patruşev bu ilin may ayın TŞ katibi vəzifəsindən azad edilib və Rusiya prezidentinin müşaviri təyin olunub. TŞ katibi vəzifəsinə isə keçmiş müdafiə naziri Sergey Şoyqu gətirilib.