Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın fotosu yayılıb
Ötən iki ayda fiziki şəxslərin ölkəyə idxalı 30%-ə yaxın azalıb
“Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
9 Oktyabr 2024 19:52
3 192
Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkəmizin daxili işlərinə “həyasız müdaxilədir”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının sədri İrakli Qaribaşvili deyib.
“Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu “mesajlarla” oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi”, - Qaribaşvili qeyd edib.