
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Almaniya Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmağa həsr olunmuş 1000 səhifəlik “Alman Əməliyyat Planı” hazırlayıb.
Bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır.
Onun sözlərinə görə, sənədin məzmunu əsasən məxfi xarakter daşıyır. O, hərbi səbəblərdən qorunmağa ehtiyacı olan bina və obyektlərin siyahısını təqdim edir.
Materialda iddia edilir ki, NATO-nun şərq cinahında müharibə başlayarsa, Almaniya “şərqə daşınmalı olan on minlərlə və bəlkə də yüz minlərlə əsgərin mərkəzinə” çevrilə bilər, RİA Novosti xəbər verir.
Bu arada müəlliflər yazır ki, Bundesver artıq yerli şirkətləri qarşıdan gələn fövqəladə vəziyyətə hazırlamağa başlayıb.
Məsələn, Hamburq müdafiə qüvvələrinin nümayəndələri iş adamları ilə görüşdə sonunculara öz işçilərinə yük maşınlarını idarə etməyi öyrətməyi, dizel generatorları ehtiyatını toplamaq və böhran zamanı plan tərtib etməyi tövsiyə ediblər.
Cavid