Boçorişvili: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülhün təməl daşıdır
Paşinyan: "Tramp marşrutu"nun reallaşdırılmasına nail olacağıq
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 25 mlrd. manatı ötüb
Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib
5 Dekabr 2024 08:05
2 555
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə “Mercedes” markalı müasir texnologiyalarla təchiz edilmiş yeni avtomobil hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, “Papamobile” adlı unikal əl işi olan tam elektriklə işləyən avtomobil “G-Class” modeli əsasında hazırlanıb. “Mercedes-Benz” şirkəti Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli münasibətilə Papa Fransiskə onun üçün xüsusi olaraq istehsal edilmiş üstüaçıq avtomobili hədiyyə edib.
Şirkətin müxtəlif ofislərindən olan mütəxəssislər qrupu Vatikan nümayəndələri ilə təxminən bir il ərzində avtomobili Papa Fransiskin ehtiyaclarına uyğunlaşdırmaq üçün çalışıblar. Əvvəlki “Papamobile” kimi bu avtomobil də ağ rəngdədir və “SCV1” nömrə nişanını daşıyır.
“Mercedes-Benz” Qrupunun baş direktoru Ola Kallenius və digər yüksək səviyyəli nümayəndələr Vatikanda Papa Fransisklə görüşüb, avtomobilin açarını təqdim ediblər.