

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
61 illik Bəəs rejiminin devrilməsi və zülmün sona çatmasından sonra ilk uçuşunu Dəməşqə edəcək Türk Hava Yolları (THY), Suriya Ərəb Respublikasının hakimiyyət orqanlarının qəbul etdiyi qərara uyğun olaraq İsrail və İran vətəndaşlarını ölkəyə daşımayacağını açıqlayıb.
Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, cümə axşamı, yanvarın 23-də Dəməşqə ilk uçuşunu həyata keçirəcək THY rəsmi internet saytında sərnişinləri üçün xüsusi səyahət məlumatları dərc edib.
Buna uyğun olaraq Suriyaya gedəcək sərnişinlər üçün Suriya Ərəb Respublikası səlahiyyətliləri tərəfindən bir sıra qərarlar qəbul edilib.
Qərara əsasən, İsrail və İran vətəndaşları istisna olmaqla, bütün ölkələrin vətəndaşları ölkəyə giriş edə biləcəklər.
Suriya vətəndaşlarından Suriya vətəndaşlığını təsdiq edən sənəd təqdim etmələri tələb olunacaq. Livan vətəndaşları əgər anası, yaxud atası Suriya vətəndaşıdırsa və ya başqa ölkədən yaşamaq icazəsi, ya da vizası varsa ölkəyə daxil ola biləcək.
Mətbuat mənsublarına xüsusi icazə veriləcək.