

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, o, ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.
Qrenell “Amerika Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.