

Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
Artur Ohanyan Lələtəpə istiqamətində əks-hücum zamanı səhlənkarlıqda, hərbi qanunların tələblərini pozmaqda təqsirli bilinir.
Eyni hərbi hissənin başqa bir batalyon komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.
Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.
Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.