

Rusiya ilə Ukrayna arasında Türkiyənin İstanbulda ev sahibliyi edəcəyi sülh danışıqları ilə bağlı açıqlama verən ABŞ prezidenti Donald Tramp, "Putin görüş üçün İstanbulda olmağımı istərdi və belə bir ehtimal var. Mən olmasam, onun da orada olacağını düşünmürəm" deyib.
Xalqcebhesi.az ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində Qətərə gedərkən Air Force One təyyarəsində jurnalistlərə açıqlama verib.
Tramp Rusiya prezidenti Vladimir Putinin sabah Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlara qatılıb-qatılmayacağını bilmədiyini bildirib.
Tramp bunları bildirib:
"Putin görüş üçün İstanbulda olmağımı istərdi və belə bir ehtimal var. Mən orada olmasam, Putinin İstanbulda olacağını düşünmürəm. Nə olacağını hamımız görəcəyik".
Bizim müharibəni bitirmək şansımız var. Amma sabah qrafikim doludur. Hər şey hazırdır. Sabah BƏƏ-yə gedəcəyik. Beləliklə, çox gərgin vəziyyətimiz var. Amma bu, bir çox insanın həyatını xilas etmək üçün geri qayıtmayacağım (İstanbula getməyəcəyəm) demək deyil.
Amma bəli, düşünürəm ki, onlar nəyəsə nail olurlar. Mən orada olmasam, onun da orada olacağını düşünmürəm. Biz öyrənəcəyik. Marko Rubio ayrılır və Marko çox təsirli idi”.
Səudiyyə Ərəbistanında danışan Tramp “Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna danışıqları üçün İstanbula gedəcək” deyib.
Məryəm