

28 May 16:14
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk müstəqillik günü müraciətində gürcü hakimiyyətini tənqid etdikləri zaman etiket qaydalarına riayət etməyiblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze bildirib ki, onlar sözügedən şəxslər müstəqil qərar qəbul edə bilməzlər:
"Bu üçtərəfli bəyanata gəlincə, Avropada “dərin dövlət”in dominant olduğu tamamilə açıq-aydın görünür. Hətta təfərrüatları bir kənara qoysaq, söhbət etikadan gedir: 26 may təntənəli gündür, bayramda təbrik məktubları almaq adətdir, təntənəli bəyanatlar verirlər. Belə olan halda onlar protokol və ədəb qaydalarına belə əməl etmirlər.
Buradan belə görünür ki, onlar həqiqətən də obyektiv maraqları, hətta öz obyektiv maraqlarını rəhbər tuta bilməzlər. Öz maraqlarına uyğun olmayan bir xətt üzrə işləməlidirlər, bu, təəssüf doğurur və kədərlidir”.
Qeyd edək ki, mayın 26-da üç avropalı liderlər gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və bu münasibətlə göndərdikləri xüsusi məktubda Gürcüstan hakimiyyətinin vətəndaş cəmiyyətinə, mediaya və opponentlərə qarşı yönəldiyi iddia edilən hərəkətlərini pisləyib.