
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 60 terrorçu məhv edilib.
Xalqcebhesi.az “Haber Global”a istinadən qeyd edir ki, ordu sözçüsü Onyinyechi Anele verdiyi yazılı açıqlamada ordunun səhər saatlarında Borno əyalətinin Bita bölgəsində Boko Harama qarşı havadan və qurudan əməliyyatlar keçirdiyini bildirib.
O.Anele əməliyyatlarda 60 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.
Milli Təhlükəsizlik müşaviri Nuhu Ribadu 2023-cü ildən bəri Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP ilə mübarizədə 13 min 543 terrorçunun öldürüldüyünü, minlərlə terrorçunun orduya təslim olduğunu açıqlayıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında on minlərlə insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən bu yana ölkənin qonşu dövlətləri olan Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən azı 2 min insan həyatını itirib.
Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb.