Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
5 İyun 2025 13:22
2 583
Rusiya təyyarələri iyunun 1-də aerodromlara hücum zamanı məhv edilməyib, zədələnib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, sözügedən texnika, Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi, məhv edilməyib, əksinə, zədələnib: "Onlar bərpa olunacaq. Bundan özünüz nəticə çıxarın. Üstəlik, indi haqqında danışdığımız nomenklatura bu və ya digər müqavilə ilə mütləq tam əhatə olunmur. START-a [Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinə] gəlincə, bildiyiniz kimi, onu biz dayandırmışıq, - Rusiya xarici işlər nazirinin müavini Ukrayna Silahlı Qüvvələrinin hücumunun strateji balansa mümkün təsiri ilə bağlı sualı cavablandırarkən deyib.
Diplomat vurğulayıb ki, Ukrayna hakimiyyətinin zərbələrin nəticələri ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.
Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib. Hücumlar Rusiya ərazisindən, bilavasitə hərbi aerodromların yaxınlığından həyata keçirilib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin çoxlu sayda təyyarəsinə ziyan vurulduğu bildirilib. Ukrayna tərəfi Rusiyanın nüvə silahı daşıya bilən 40-dan çox strateji hərbi təyyarəsinin məhv edildiyini açıqlayıb.