13:36
651
ABŞ artıq öz tələblərini digər dövlətlərə diktə etmək iqtidarında deyil və bunu bütün dünyada başa düşürlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talai-nik bəyanat verib.
"Amerika artıq müstəqil dövlətlərə öz siyasətini diktə edəcək mövqedə deyil", — deyə Tasnim agentliyi onun sözlərindən sitat gətirir. Talai-nikin qeyd etdiyi kimi, bu, "İran xalqının və silahlı qüvvələrinin mətanəti sayəsində bütün dünyaya bəlli olub".
Müdafiə qurumunun nümayəndəsi vurğulayıb ki, ABŞ öz qanunsuz və qeyri-ağlabatan tələblərindən əl çəkməli olduğunu mütləq anlayacaq. O, həmçinin Birləşmiş Ştatları və İsraili "dövlət terrorizminin rəmzləri" adlandırıb.
Məryəm Quliyeva