

İqlim böhranına qarşı ön sırada mübarizə aparan və tərkibində Nyu-York, Paris, İstanbul, Tokyo, Laqos və Buenos-Ayres kimi 97 metropolun yer aldığı C40 şəhərləri, təmiz hava və yaşıl iş sahələri üzrə apardıqları fəaliyyətlər nəticəsində ötən il təxminən 108 milyon insanın daha təmiz hava ilə nəfəs almasına şərait yaradıb.
Xalqcebhesi.az xəvər verir ki, C40 təşkilatının yayımladığı 2024-cü il İllik Hesabatından əldə olunan məlumatlara görə, ötən il təmiz hava və yaşıl məşğulluq sahəsində görülən işlər vətəndaşların sağlamlıq, rifah və iqtisadi imkanlarını artırmağa yönəlib.
C40-a üzv olan 74 şəhərdə 2023-cü ildə 16 milyon "yaşıl iş" dəstəklənib və bu, 2030-cu ilə qədər 50 milyon iş yerinə çatmaq hədəfinə doğru əhəmiyyətli bir mərhələ sayılır. Bu rəqəmin gənclər və miqrantlar kimi sosial baxımdan həssas qrupların da cəlb olunduğu inklüziv proqramlarla artırılması nəzərdə tutulur.
Eyni dövrdə şəhərlərin təmiz hava təşəbbüsləri sürətlənib və bunun nəticəsində hava keyfiyyəti və insan sağlamlığına zərər verən “PM2.5” adlı zərərli toz hissəciklərinin səviyyəsi Avropada 17%, Çində 23%, Cənubi və Qərbi Asiyada 9%, Afrikada isə 5% azalıb.
C40-ın İcraçı direktoru Mark Watts bu mövzuda verdiyi açıqlamada bildirib: “C40 şəhərləri sübut edir ki, iqtisadi inkişafı ekoloji dayanıqlılıqla bir arada irəlilətmək mümkündür. Fosil yanacaqlardan uzaqlaşmanı əsas götürən bu dönüşüm, sosial daxilolmanı prioritet saymaqla yanaşı, iqtisadi rifahı da təmin edir.”
Məryəm Quliyeva