

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Banqladeş Səhiyyə Nazirliyi qonşu ölkələrdə COVİD19-a yoluxanların sayının artması ilə əlaqədar vətəndaşlarına zərurət olmadıqda qonşu ölkələrə səyahət etməmələri barədə xəbərdarlıq edib. Banqladeşə daxil olan və çıxan sərnişinlər üçün yoxlamaların gücləndiriləcəyi vurğulanıb, ticarət mərkəzlərində, restoranlarda və kütləvi tədbirlərdə insanların maska taxmasının məcburi olduğu bildirilib.
Banqladeşin müvəqqəti hökuməti qonşu ölkələrdə COVİD19 hallarının artması səbəbindən vətəndaşlarına zərurət olmadıqca bu ölkələrə səyahət etməmələri barədə xəbərdarlıq edib.
Xinhua agentliyinin verdiyi məlumata görə, Banqladeş Səhiyyə Nazirliyi yanında Səhiyyə Xidmətləri Baş Müdirliyi (DGHS) mövzu ilə bağlı yazılı açıqlama verib. Virusun yeni alt variantlarının bəzi qonşu ölkələrdə yayıldığı bildirilən açıqlamada infeksiya riskinə qarşı beynəlxalq quru, dəniz və hava giriş-çıxış məntəqələrində tibbi müayinə və nəzarət tədbirlərinin artırılacağı ifadə edilib.
Açıqlamada həm sözügedən ölkələrdən Banqladeşə gələn sərnişinlər, həm də Banqladeşdən bu ölkələrə gedən sərnişinlər üçün yoxlamaların gücləndirilməsinin vacibliyi vurğulanaraq ticarət mərkəzləri, kütləvi tədbirlər və restoranlar kimi insanların sıx olduğu yerlərdə maska taxmanın məcburi olduğu qeyd edilib.