
İran viran olur
23:23
ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Bəli, mən gedəcəyəm. Düşünürəm ki, gedəcəyəm”, — deyə ABŞ lideri qeyd edib.
Məlumata görə, 24–25 iyun tarixlərində keçiriləcək tədbirdə 45-dən çox dövlət və hökümət başçısının, habelə 45 xarici işlər və müdafiə nazirinin iştirakı gözlənilir.