İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
20 İyun 2025 19:53
2 492.jpg)
"Biz Ukraynanın kapitulyasiyasını istəmirik, yaranmış reallıqların tanınmasında israr edirik".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
O vurğulayıb ki, Ukraynada baş verənlər Rusiyanın işinin nəticəsi deyil, bu, dünyada baş verən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin əməyinin nəticəsidir.
Putin rus və Ukrayna xalqlarını bir xalq hesab etdiyini və bu mənada bütün Ukraynın onların olduğunu qeyd edib: "Əsgərimiz hara ayaq basırsa, ora bizimdir".
Putin əlavə edib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb.
Qeyd edib ki, Ukraynanın müstəqilliyi və suverenliyi onun neytral və bloklara qoşulmayan dövlət olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.