

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bələdiyyələrə uzunmüddətli kreditlər verilməlidir ki, onlar məktəbəqədər təhsil müəssisələri yaratsınlar.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, hazırda bir valideynin işləməsi ilə ailəni dolandırmaq çətindir:
“Ona görə hər iki valideyn işləməli olur. Bəs belə halda uşaqları harada saxlamaq lazımdır? Qanunvericilikdə bu məsələlərə yenidən baxılmalıdır”.
Komitə sədri vurğulayıb ki, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin tabeliyində 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
"Təklif edirəm ki, Mənzil Məcəlləsinə yeni maddə əlavə olunsun. Qanunda dəyişiklik edək ki, hər yeni tikilən binada məktəbəqədər təhsil müəssisəsi yaradılsın. Bu tələb qoyulsa, məktəbəqədər təhsil müəssisələrinin sayı ciddi şəkildə artar".