

"Neftçi"də daha bir ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi Filip Ozobiçlə vidalaşıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.