

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, 1999-cu ildə kəşf olunmuş bu yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
Xatırladaq ki, yataqdan ilk qaz hasilatına “Şahdəniz Mərhələ-1” layihəsi üzrə 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə 2018-ci ilin iyulunda başlanılıb.