Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var Hadisə

Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var

Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“Report”un yerli bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Infinity” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.