

Portuqaliyanın "Portu" klubu İtaliya təmsilçisi "Yuventus"un Fransişku Konseysau üçün göndərdiyi təklifi qəbul etməyib.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "qoca sinyora" cinah oyunçusunu 30 milyon avrodan aşağı məbləğə almaq istədiyinə görə müsbət cavab almayıb.
"Portu" futbolçunu daha yüksək məbləğə satmaq niyyətindədir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü icarə əsasında Turin klubunda çıxış edir. Onun müqaviləsinin müddəti iyulun 15-də başa çatacaq. Konseysau "Yuventus"da meydana çıxdığı 39 qarşılaşmada 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.