

İsrail iyunun 24-ü saat 09:00-dək İran ərazisindəki obyektlərə bir neçə zərbə endirib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəmül Ənbiya" mərkəzi qərargahı məlumat verib.
Bildirilib ki, zərbələr üç mərhələdə həyata keçirilib və Tehran buna cavab vermək hüququna malik olduğunu hesab edir.