

İraqın hava məkanının beynəlxalq uçuşlar üçün yenidən açıldığı açıqlanıb.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin sədri Bengin Rekani məsələ ilə bağlı yazılı açıqlama verib.
Rekani təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsi ilə bağlı milli və beynəlxalq qurumlarla koordinasiya nəticəsində hava məkanının beynəlxalq uçuşlar üçün yenidən açıldığını qeyd edib.
Qeyd edək ki, İraq İsrail və İran arasında hücumlar səbəbindən hava məkanını uçuşlar üçün bağlamışdı.