

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən yeni 28-1-ci maddə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.