İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO Dünya

İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.

APA yerli mətbuata istinadən xəbər verir ki, o həmin hadisələr zamanı həlak olan nüvə alimlərinin dəfn mərasimində iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl onun İsrailin raket zərbələri nəticəsində öldüyü deyilirdi.