Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video Hadisə

Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video

13:45

Bakıda yol gedən kişi kanalizasiya lyukuna düşüb.

Xalqcebhesi.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Baksol" deyilən yolda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb ediliblər. İki gündür axtarılan şəxs tapılmır.

***

Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, axtarışlar aparılır.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.