Pakistanda partlayış: 13 əsgər həlak olub, 24 yaralı Dünya

Pakistanda partlayış: 13 əsgər həlak olub, 24 yaralı

Pakistannın Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva əyalətində baş vermiş bombalı hücum nəticəsində ilkin məlumata görə 13 əsgər həlak olub, aralarında mülki vətəndaşların da olduğu 24 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, yerli "Khyber Chronicles" xəbər agentliyinin məlumatına görə, əyalətin Şimali Vəziristan bölgəsində hərəkətdə olan hərbi konvoyun yaxınlığına yerləşdirilmiş partlayıcı uzaqdan idarə edilərək partladılıb.

Hadisə nəticəsində ilkin məlumatlara əsasən 13 əsgər həyatını itirib, 14-ü mülki olmaqla 24 nəfər yaralanıb.

Pakistan ordusu hücumla bağlı hələ rəsmi açıqlama yaymayıb.

Məryəm Quliyeva