Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru dəyişib Dünya

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru dəyişib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan işdən çıxarılıb.

APA-nın Erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.

Digər sərəncamla bu vəzifəyə indiyədək xidmətin direktor müavini olmuş Andranik Simonyan təyin edilib.