Ermənistan və Aİ müdafiə sektorunda əməkdaşlığa dair danışıqlara başlayıb Dünya

Ermənistan və Aİ müdafiə sektorunda əməkdaşlığa dair danışıqlara başlayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Avropa İttifaqı müdafiə sektorunda əməkdaşlığa dair danışıqlara rəsmən başlayıb.

Qeyd edək ki, 2023-cü ilin payızında Ermənistan Fransa ilə üç “Thales Ground Master 200” radarının satışı, həmçinin “Mistral” zenit-raket komplekslərinin mümkün tədarükü haqqında müqavilə imzalayıb. Və 2024-cü ilin ortalarında İrəvan SEZAR təkərli şassidə fransız özüyeriyən artilleriya qurğularının alınması üçün müqavilə imzaladı.
Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin KNDS müdafiə konserni ilə müqavilə imzaladığı məlum olsa da, onun təfərrüatları açıqlanmayıb.

Cavid