

Almaniyanın paytaxtı Berlində Xristian Demokrat İttifaqının (CDU) qərargahının 250 metrliyində tikilməkdə olan binada baş verən yanğın panikaya səbəb olub.
Xalqcəbhəsi.az “Haber Global”a istinadən qeyd edir ki, hündürmərtəbəli binada başlayan yanğına 100-dən çox yanğınsöndürən müdaxilə edib. Yanğın zamanı üç dəfə eşidilən böyük partlayış səslərinin tikintidə istifadə olunan qaz balonlarından qaynaqlandığı ehtimal edilir.
Ətrafdakı küçələrin təhlükəsizlik məqsədilə bağlanması səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Yanğın nəticəsində ölən və yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib.