İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
30 İyun 2025 13:04
1 736
"Dünən aksiyada 2 min iştirakçı vardı - bu isə tam səfərbərlik şəraitində tam fiaskodur. Bundan artıq deyildi – bunu tam məsuliyyətlə deyirəm. Nə qədər acı olsa da, dünən aksiyanın pik vaxtı yalnız 2 min gürcü küçədə idi".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında dünən keçirilən aksiya və müxalifətçi siyasətçi Elene Xoştarianın aclıq aksiyasına başlamasına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, müxalifət nümayəndələri bir-biri ilə razılaşa bilmir.
“Yəqin ki, dünyada ilk dəfədir ki, müxalifətçi aclıq aksiyası keçirir və tələblərini müxalifətə qarşı yönəldir. Bəşəriyyətin tarixində belə bir hal olmayıb. Bu fakt radikal müxalifətin hansı ağır vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Bu isə ölkənin sakit və sabit inkişafı baxımından yaxşı haldır. Dünən bir daha hamı əmin oldu ki, radikal müxalifət çox ağır durumdadır. 4 partiya, 40 QHT, Avropa bürokratiyasının maliyyəsi, 'dərin dövlət' – hamısı birləşmişdi və pik vaxtı cəmi 2 min nəfəri küçəyə çıxara bildilər. Bax budur bu gün radikal müxalifətin vəziyyəti".
Cavid
18 Yanvar 17:50
1 029
18 Yanvar 17:49
1 043
18 Yanvar 15:45
1 078