Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
30 İyun 2025 13:06
1 967
Türkiyənin Hatay bölgəsinin mərkəzi Antakya rayonunda yaşayış massivlərinə yaxın meşəlik ərazidə naməlum səbəbdən başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, xəbərdarlıq üzərinə əraziyə Bölgə Meşə Təsərrüfatı Müdirliyinə aid qruplar, söndürmə vertolyotları və su tankerləri gəlib.
Yaşayış sahələrinə yaxın ərazidə başlayan yanğının yayılma ehtimalına qarşı qruplar bölgədə tədbir görüb.
Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr davam edir.